UNUDULMAZLAR

Tədbirlər

Məzun Günü
26.08.2023

“Coders Caravan” iştirakçıları üçün uzun bir yolun sonu, 26 avqust tarixində Məzun Günü ilə nəticələndi!Tədbirin ilk hissəsində layihənin 8 aylıq hesabatı təqdim edilmiş və iştirakçıların layihə haqqında təəssüratları dinlənmişdir.Tədbirin ən maraqlı anlarından biri isə, Coders Caravan iştirakçılarının final layihələrinin təqdimatı olmuşdur. Layihələrə elektron ticarət veb-saytı, onlayn xidmətlər, hətta NFT alış-verişini mümkün edən platforma da daxil idi.Full-Stack proqramlaşdırma sahəsində sertifikat əldə edən iştirakçılar tədbirin netvörkinq hissəsində gələcək karyera perspektivlərini müxtəlif dövlət və özəl qurumların nümayəndələri ilə müzakirə ediblər.

Front End Təqdimat
20.04.2023

Coders Caravan iştirakçıları aprelin 20-də Front End layihələrini nümayiş etdirdilər. Hər bir iştirakçı öz dizayn seçimlərinin arxasında duran düşüncə prosesini, qarşılaşdıqları çətinlikləri və həyata keçirdikləri həll yollarını izah edərək, öz layihəsini nümayiş etdirmək imkanı əldə etdi.

Açılış Günü
19.10.2022

19 noyabr 2022-ci il tarixində Coders Caravan layihəsinin açılış günü baş tutmuşdur. Tədbirdə dövlət və özəl sektorun səlahiyyətli nümayəndələri, İT mütəxəssisləri, KİV nümayəndələri və digər qonaqların iştirakı ilə layihə haqqında geniş diskussiyalar aparılmışdır.