Ümumilikdə 8 ay ərzində 130 dərs keçirilmişdir. Dərslər xüsusi “Coders Online Bootcamp” metodu ilə Zoom platforması üzərindən həftə içi hər gün 3 saat (1.30 dərs + 1.30 praktika) boyunca həyata keçirilirdi.
Layihə ərzində ay sonu imtahanları baş tudurdu ki, imtahan nəticələrinə əsasən iştirakçıların problemləri təyin edilib, həll edilirdi. Ümumilikdə 6 imtahan baş tutmuşdur.
8 ay ərzində 6-sı Quba, 6-sı Lənkaran olmaqla ümumilikdə 12 səfər baş tutmuşdur. Səfərlərin əsas məqsədi iştirakçılar arasında şəbəkələşməni təmin etmək və real iş mühitinə asanlıqla adaptasiya olmaları üçün əsas “Soft Skill” bacarıqları üzrə təlimlər həyata keçirməkdir.