“Coders Caravan” layihəsinin missiyası İT sahəsində gender müxtəlifliyi fərqini azaltmaqdır.
ƏTRAFLI

Haqqımızda!

2022-ci ildə əsası qoyulan Coders Caravan Azərbaycanda proqramlaşdırma sahəsində karyera qurmağı hədəfləyən qadınları birləşdirən və onlara proqramlaşdırma sahəsində tədris verməklə karyeralarını bu istiqamətdə qurmalarına dəstək göstərən USAID, Qara Dəniz Əməkdaşlıq Fondu, Coders Azerbaijan, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramının birgə sosial layihəsidir.
NİYƏ?

Niyə biz bu layihəni həyata keçiririk?

Proqramlaşdırma günümüzün ən önəmli peşələrindən biridir. Kodlamağı öyrənmək, hansı sahədə təhsil aldığınızdan və ya karyeranızdan asılı olmayaraq sahib olmaq üçün çox dəyərli bacarıqdır. Texnologiya sektoru bir çox risk altında olan, həssas və ya təcrid olunmuş əhaliyə yaşamaq üçün əlverişli bir vasitə təklif edir.

Azərbaycanın bölgələrində olan qadınlar, kodlaşdırmanın onlara iqtisadi səlahiyyət və maliyyə müstəqilliyinə çıxış imkanı verə bilməsinə baxmayaraq, öz peşələrini inkişaf etdirmək və kodlaşdırma bacarıqlarını inkişaf etdirmək imkanlarından məhrumdurlar.

Rəqəmsal texnologiyalar sferasında savadlı qadın kadrlar yetişdirmək üçün IT sahəsinə yenilikçi yanaşma gətiririk.
NECƏ HƏLL EDİRİK?

Problemi necə həll edirik?

Layihə çərçivəsində iştirakçılara intensiv kodlaşdırma təhsili verilir ki, bu da onların proqramlaşdırma bacarıqlarını inkişaf etdirir və texnoloji iş bazarında müxtəlif mövqelərə sahib ola bilmələrinə dəstək olur.

İştirakçılar öz icmalarında həll oluna biləcək çətinliklər haqqında geniş anlayışa sahib olurlar və bu problemlərin həlli üçün texnoloji həllər hazırlamaq üçün yeni əldə etdikləri bacarıqları tətbiq etməyə imkan əldə edirlər.

Layihə ilkin mərhələdə Quba və Lənkəran regionları üzrə baş tutmuşdur. Ümumilikdə 15 iştirakçı layihəni uğurla tamamlayaraq “Coders Online Bootcamp” daxilində 130 dərs, 6 imtahanda iştirak edərək Full Stack üzrə komandalar şəklində layihə ərsəyə gətiriblər.

Şamaxı Layihə ikinci mərhələsində Mingəçevir və Şamaxı üzrə qəbul elan edir. Layihəyə cəlb ediləcək 20 iştirakçı “Coders Online Bootcamp” daxilində Full Stack dərslərində və regionlar üzrə baş tutacaq səfərlərdə təşkil olunacaq vörkşop və təlimlərə cəlb olunacaqlar. Mingəçevir 2023-2024

DƏYƏRLƏRLƏR

Dəyərlərimiz

Bərabərlik və Ədalət

Coders Caravan, texnologiya sahəsində gender bərabərliyi və ədaləti təşviq etməklə gender müxtəlifliyi fərqini azaltmaqla diqqət çəkir.

Diversitet və Tərəfdaşlıq

Coders Caravan, texnologiya sahəsində diversiteti artırmağı və tərəfdaşlığı gücləndirməyi hədəfləyir.

Təhsil və Təcrübə Paylaşımı

Coders Caravan, texnologiya sahəsində təhsilin və təcrübənin paylaşılmasını təşviq edərək bilik və təcrübənin artırılmasına yardım edir.

Tərəfdaş Ol

GƏLİN BİRLİKDƏ
İŞLƏYƏK!

Korporativ və fond tərəfdaşlarımız olmadan işimiz mümkün olmazdı. Onların dəstəyi sayəsində biz texnologiya dünyasında gender fərqini aradan qaldırmaq yolundayıq.

Bizimlə əlaqə saxlayın coderscaravan@gmail.com