Coders Caravan qadınların təhsil sektorundakı rolunu möhkəmləndirmək və rəqəmsal texnologiyalar istiqaməti üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə IT sahəsinə innovativ yanaşma gətirən sosial layihədir.
Layihə Azərbaycanın bölgələrində yaşayan qadınların texnologiya sahəsindəki potensialını fərqli bir perspektivlə işıqlandırır.
Günümüzdə texnologiya sahəsinin yalnız
Texnologiyada gender boşluğu artmaqda davam edir, amma bugün Coders Caravan bunu dəyişmək üçün gəlir.
Layihə texnologiya sahəsində mövcud olan gender boşluğunu azaltmaq, qadınların proqramlaşdırma sahəsində karyera qurmaqlarına təşviq etmək məqsədi ilə layihəyə seçiləcək şəxslər üçün tam təqaüd imkanı təklif edir.
Bölgələrdə yaşayan, proqramlaşdırma üzrə ənənəvi tədrisdən məhrum qalan şəxsləri nəzərə alaraq layihə iştirakçıları texnologiyanın müxtəlif sahələrində karyeralarını uğurla formalaşdırmaları üçün Coders Caravan keyfiyyətli tədrisi “Coders Online” metodu vasitəsilə regionlara gətirir.
Proqramlaşdırma biliyi bugün və gələcək üçün əvəzolunmaz bir bacarıqdır. Geniş karyera sahəsinə qapı açmaq üçün kodlaşdırmağı öyrənmək əvvəlkindən daha əlçatandır. “Coders Caravan” sizi Full Stack Proqramist kimi yetişdirəcək və bu sahənin peşəkarı olmaq üçün bilməli olduğunuz bir çox başqa şeyləri öyrədəcək.
8 ay boyunca həftə içi hər gün, hər dərs 3 saat olmaqla Full Stack təlimlərində iştirak edəcək. Təlimlər nəzəri və praktiki əsaslarla təlimçi və 2 mentor vasitəsilə baş tutacaq. Əlavə olaraq layihədə iştirak hüququ qazanmış şəxslər hər ay 1 dəfə olmaqla (öncədən təyin olunmuş hər-hansı şənbə və ya bazar günü) ənənəvi(offline) şəkildə qeydiyyatda olduğu region üzrə vörkşop və təlimlərə cəlb ediləcəklər.
Tədris proqramı tələbənin gələcəyini nəzərə alaraq əmək bazarında hal-hazırkı texnologiyaların tələbləri nənəzərə alınaraq hazırlanmışdır. Texnoloji sənayedə artan iş imkanlarına uyğunlaşdırmaq üçün aparıcı texnologiyaişəgötürənlərinin iş tələblərinə uyğun proqram qurulmuşdur.
Layihədə iştirak edəcək hər bir şəxs tam təqaüd imkanından yararlanacaq.
Dərslər online şəkildə keçiriləcək. Hər ay 1 dəfə olmaqla (öncədən təyin olunmuş hər-hansı şənbə və ya bazar günü) ənənəvi(offline) şəkildə qeydiyyatda olduğu(Şamaxı və ya Mingəçevir) region üzrə vörkşop və təlimlərə cəlb ediləcəklər.
Layihənin ikinci mərhələsi Şamaxı və Mingəçevir qeydiyyatında olan şəxslər üçün nəzərdə tutulmuşdur. Sonrakı mərhələlərdə digər regionlar üçün də qəbul planlaşdırılır.
Dərslər yerli mütəxəssislər tərəfindən Azərbaycan dilində tədris ediləcək.
18-29 yaş arası qadınlar olmalıdır.
Başlanğıc səviyyədə proqramlaşdırma biliyinə sahib və gələcək karyerasını bu sahədə qurmağı hədəfləyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Qəbul 3 mərhələdən ibarətdir. Qeydiyyat, imtahan və müsahibə. Hər 3 mərhələni uğurla tamamlayan şəxslər layihədə tam təqaüdlü Full Stack proqramlaşdırma üzrə təhsil imkanı əldə edəcəklər.
İmtahan sizin məntiqı, alqoritmik bacarıqlarınızı, texniki ingilis dili biliyinizi və kompüter bilikləriniz təyin etmək üçün nəzərdə tutulmuşdur.